Qeri Rodriqes yenidən Super Liqada

Bir dönəm "Qalatasaray" və "Fənərbağça"nın da formasını geyinmiş kabo-verdeli hücumçu Qeri Rodriqes "Sivasspor"a transfer olunub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Ankaragücü" klubundan icarə əsasında heyətə cəlb olunun futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ötən mövsüm paytaxt klubunun heyətində 22 oyuna çıxan Qeri aktivinə 3 qol və 5  asist yazdırıb.

Qeyd edək ki, 33 yaşlın vinqer "Qalatasaray"ın heyətində 2 dəfə Türkiyə çempionu olub.