Qış idman növündə daha iki medal

Paralimpiyaçılarımız qış idman növləri üzrə daha 1 gümüş və 1 bürünc medal qazanıblar.

SportLine.az Milli Paralimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, İran İslam Respublikasının Tehran şəhərində qış idman növləri üzrə keçirilən Asiya çempionatının son günündə paralimpiyaçımız Aytac Qasımova Snovbord Slalom növündə gümüş, Snovbord Giant Slalom növündə isə bürünc medala sahib olub.

Azərbaycan paralimpiya hərəkatının tarixində idmançılarımız ilk dəfə qatıldığı yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında “Şahdağ Turizm Mərkəzi” QSC və Dağ Xizək federasiyasının dəstəyi ilə qış idman növləri üzrə komanda yaradılıb.