Qış Olimpiadasında ciddi virus təhlükəsi

Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunan 2018-ci il Qış Olimpiya Oyunlarında yayılan nevroloji virus artmaqda davam edir.

Sportline.az xəbər verir ki, virus daha 17 nəfərdə tapılıb və yoluxanların sayı 194 nəfərə çatıb. Onlardan 147-si artıq sağalıb, lakin 47 nəfər karantində saxlanılır. Olimpiya Oyunlarında iştirak edən atletlərdən heç birində nevroloji virus tapılmayıb. Xəstəliyin əlamətləri şiddətli qarın ağrısı, ishal, qusmadır.

Qeyd edək ki, yarışlarda işləyən 200 təhlükəsizlik işçisi virus ehtimalına görə vəzifələrindən azad edilib. 

Olimpiya Oyunlarının təşkil edildiyi ərazilərdə dezinfeksiya işləri aparılır.