Qış Olimpiya Oyunlarının təxirə salınması təklif olunub

Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təxirə salınması təklif edilib.

Sportline.az RTS-yə istinadən xəbər verir ki, təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb.

O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsə, vəziyyət çətin olacaq".

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Hələlik olimpiadaya Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb.