Qış transfer pəncərəsi başladı
Futbolda “ara transfer” kimi tanınan 2025–2026 mövsümünün ikinci transfer və qeydiyyat dövrü rəsmi olaraq başlayıb.
Sportline.az xəbər verir ki, bu gün start götürən ara transfer dövrü 6 fevral, cümə günü başa çatacaq.
Qeyd edək ki, mövsümün birinci transfer və qeydiyyat dövrü 30 iyun tarixində başlamış və 12 sentyabrda yekunlaşmışdı. Ara transfer müddətində klublar heyətlərini gücləndirmək üçün yeni futbolçularla müqavilə imzalamaq imkanı əldə edəcəklər.