"Qızıl top"un sahibi bəlli oldu

"Frans Futbol" nəşri 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, 173 jurnalistin iştirak etdiyi səs vermədə Madrid "Real"ının və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ən yaxşı adına layiq görülüb. Ulduz futbolçu karyerasında dördüncü dəfə "Qızıl top"a yiyələnib (Ronaldo 2008, 2013 və 2014-cü illərdə də "Qızıl top"u qazanmışdı).

Yohan Kroyf, Mişel Platini və Marko van Basteni arxada qoyan Ronaldo yalnız bu mükafata beş dəfə yiyələnən Lionel Messidən geri qalır.

Xatırladaq ki, bu ildən etibarən “France Football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.