Qlasner ingiltərəli müdafiəçinin klubda qalacağına inanır
"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner ingiltərəli stopper Mark Gehinin klubla yeni müqavilə imzalayacağına inanır.
Sportline.az "Standard" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" 25 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.
İngiltərə millisinin üzvü yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 26 matçda 2 qol, 4 asistlə yadda qalıb.