"Qlazqo Reyncers" yenidən Premyerşipdə

"Qlazqo Reyncers" yenidən Premyerşipə vəsiqə qazanıb. SportLine.az xəbər verir ki, 2012-ci ildə aşağı liqaya göndərilən klub 4 il sonra yenidən əsas liqada iştirak hüququ əldə edib.

"Damberton" üzərində qələbə ilə xal ehtiyatını 79-a çatdıran Qlazqo təmsilçisi 32-ci turda Çempionşipdə qələbəni rəsmiləşdirib.

Qeyd edək ki, 54 dəfə Şotlandiya çempionu olan "Qlazqo Reyncers" bu göstəricidə dünya rekordçusudur.