Qol Şeydayevin adına niyə yazılmayıb?

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Podbrezova” komandası olub. Səfərdə oynanılan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.R.Şeydayev qarşılaşmaya start heyətində daxil olub və sonadək meydanda qalıb. Futbolçumuz hesabın açıldığı epizodda yaxından iştirak etsə də qol onun adına yazılmayıb. Daha doğrusu onun ötürməyə müdaxilə etmədiyi bildirilir. Təkrar görüntü isə, mübahisəyə yol açır.  Qeyd edək ki, 20 oyundan sonra aktivində 48 xal olan “Jilina” turnir cədvəlinin lideridir.