Qordon Mançester klubunun hədəfindədir

"Mançester Yunayted" "Nyukasl"dan Entoni Qordonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

24 yaşlı sol cinah vingerinin dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, E.Qordon cari mövsüm meydana çıxdığı 33 matçda 10 qol, 4 asistlə yadda qalıb.