Qranit Caka İstanbul nəhənginə keçə bilər
Yeni mövsümdə çempionluğu hədəfləyən "Fənərbağça" transfer çalışmalarını davam etdirir.
Sportline.az xəbər verir ki, "Bayer"in isveçrəli yarımmüdafiəçisi Qranit Caka "Fənərbağça"nın əsas transfer hədəfinə çevrilib.
Bu haqda jurnalist Salim Manav məlumat yayıb.
32 yaşlı futbolçunun dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, Caka karyerası ərzində "Bayer"lə yanaşı "Bazel", "Borussiya Münhenqlaxba" və "Arsenal" kimi klubların şərəfini qoruyub.