Qravenberx "Liverpul"da qalacaq

"Liverpul" niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberxlə yola davam edəcək.

Sportline.az xəbər verir ki, rəhbərlik sözügedən futbolçunu satmaq niyyətində deyil.

Jurnalist Nikolo Şıkiranın yaydığı məlumata görə, Mersisayd klubu Qravenberxə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə təklif edib.

Qeyd edək ki, "Real Madrid" Qravenberxin xidmətində maraqlıdır.