Qravenberx "Liverpul"dan ayrılmaq istəmir

"Liverpul"un niderlandlı futbolçusu Rayan Qravenberx klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu "Liverpul"da xoşbəxt olduğunu söyləyib. Qravenberx hazır da "Liverpul" ən önənli fiqurlarında biri sayılır."Liverpul"un rəhbərliyi Qravenberxi satmayacaq.

Qeyd edək ki, "Real Madrid" Qravenberxin xidmətində maraqlıdır.

R.Qravenberxin hazır ki dəyəri "Transfermarkt" portalına görə 55 milyon avrodur.

Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qravenberx cari mövsüm çıxış etdiyi 21 matçda 1 qolla yadda qalıb.