Qriqorçuk "Qəbələ"ni tərk edəcəkmi?
Roman Qriqorçuk “Qəbələ”dəki fəaliyyətini davam etdirəcək. SportLine.az xəbər verir ki, bunu klubun baş meneceri Zaur Əzizov Azerisport.com saytına açıqlamasında bildirib. “Onunla iş birliyimiz davam edir. Hələ ötən ilin dekabrında müqavilə müddəti 2017-ci ilədək artırılıb. Komandaya gəldikdə isə, bununla bağlı hazırda Ukraynada olan baş məşqçi ilə əlaqə saxlayırıq”