Qrizman ən yaxşı seçildi
Fransanın 2016-cı ildə ən yaxşı futbolçusunun adı açıqlanıb. SportLine.az xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi sorğunun qalibi Antuan Qrizman olub.
Səsvermədə əsas rəqibi Blez Matuidini arxada qoyan futbolçu baş mükafata sahib çıxıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu “Qızıl top” mükafatının sorğusunda isə Kriştianu Ronaldo və Lionel Messidən sonra 3-cü olmuşdu.