Qrizmann "Atletiko"dan ayrılır?

"Atletiko Madrid"in forvardı Antuan Qrizmann klubdan ayrılmağa hazırlaşır.  

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, fransalı futbolçu mövsüm bitdikdən sonra klubunu dəyişməyi planlaşdırır.  

O, bu qərarını artıq "Atletiko" rəhbərliyinə çatdırıb.  

Qrizmanın Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 33 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 14 qol və 6 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 22 milyon avro olaraq qiymətləndirilir.