Qrizmann "Atletiko"dan ayrılmaq istəyir

Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann komandadan ayrılmaq istəyir. SportLine.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə deyilir ki, fransalı hücumçu karyerasını La Liqadan kənarda davam etdirmək arzusundadır. Artıq A.Qrizmann bu istəyini rəhbərliyə çatdırıb. 

"Marca"nın xəbərində isə bildirilir ki, 26 yaşlı futbolçu növbəti mövsümdən Premyer Liqada çıxış edəcək. Onun "Mançester Yunayted"lə razılığa gəldiyi, keçidin reallaşması üçün "qırmızı şeytanlar"ın "Atletiko"ya 87 milyon funt-sterlinq ödəyəcəyi qeyd olunur.