Qrizmann Meksika klubuna keçə bilər
"Atletiko Madrid"in fransalı futbolçusu Antuan Qrizmann bu yay komandasını dəyişə bilər.
Sportline.az "TUDN MEX" nəşrinə istinadən xəbər verir ki, Meksikanın "Monterrey" klubu Qrizmannı rənglərinə bağlamaq istəyir.
Futbolçunun meneceri klubla danışıqlara başlayıb.
Qeyd edək ki, 34 yaşlı futbolçunun transfer qiyməti 20 milyon avrodur.