Qrizmann MLS yolunda

"Atletiko Madrid"in əfsanəsi Antuan Qrizmann yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, fransalı ulduz karyerasını MLS-də davam etdirəcək.

İnsayder Fabrizio Romanonun məlumatına görə, "Orlando Siti" 35 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, A.Qrizmann bu mövsüm meydana çıxdığı 43 matçda 13 qol, 4 asistlə yadda qalıb.