Qrizmann qərarını verdi

"Atletiko Madrid"in fransalı futbolçusu Antuan Qrizmann karyerası ilə bağlı qərar verib.

Sportline.az jurnalist David Medinaya istinadən xəbər verir ki, təcrübəli futbolçu "Atletiko"dan ayrılmaq istəyir.

34 yaşlı futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, MLS klubları Qrizmannla yaxından maraqlanır.