Qrizmann seçim qarşısında: "Barsa", yoxsa "Real"?
Madrid "Atletiko"sunun ulduzu Antuan Qrizmann növbəti mövsümdən iş yerini dəyişə bilər. SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçu "Barselona" və "Real"ın hədəfindədir.
Məlumatda fransalı hücumçunun yay transfer pəncərəsində "Atletiko" ilə vidalaşcağı və karyerasını La Liqa nəhənglərindən birində davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, A.Qrizmann 2014-cü ildən "Atletiko"nun şərəfini qoruyur.