Qrizmannı ağır cəza gözləyir
Madrid "Atletiko"sunun ulduzu Antuan Qrizmann İspaniya Futbol Federasiyası tərəfindən cəzalandırılacaq.
SportLine.az sport.es saytına istinadən xəbər verir ki, futbolçu La Liqanın ilk turunda "Jirona" ilə görüşdə etdiyi hərəkətə görə bir neçə oyunluq diskvalifikasiya oluna bilər.
67-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimi təhqir edən A.Qrizmann ardından birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, La Liqanın əsasnaməsinə görə, hakimi təhqir edən futbolçu 4-12 oyunluq cəzaya məruz qalır.