Quardiola: "Üç ildən sonra karyeramı bitirəcəyəm"
"Mançester Siti"nin çalışdırıcısı Pep Quardiola "Börnli" ilə görüşdən sonra karyerası ilə bağlı açıqlama verib. SportLine.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis 65 yaşınadək fəaliyyət göstərmək niyyətində olmadığını deyib: "Uzağı üç il daha "Mançester Siti"ni çalışdıracağam. Ondan sonra karyeramı bitirəcəyəm. Qocalanadək məşqçi olmaq istəmirəm. Futbolla vidalaşıb qolfa başlayacağam".
Qeyd edək ki, Quardiola bu mövsümdən etibarən "Mançester Siti"nin sükanı arxasındadır.