"Quba" və NTD yoxlama oyununda üz-üzə gələcəklər

Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" və NTD komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Bu barədə Sportline.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qarşılaşma fevralın 18-də Azərbaycan Texniki Universitetinin basketbol zalında baş tutacaq.

Matça 15:30-da start veriləcək.