Qurban Qurbanov: "Yorğunluq özünü göstərirdi"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" üzərində qələbəni şərh edib. Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis CBC Sport telekanalına açıqlamasında bunları deyib: ""Kopenhagen"lə oyundan sonra çempionat matçına köklənmə ilə bağlı problem olduğunu deyə bilmərəm. Sadəcə olaraq, yorğunluq hiss olunurdu. Bununla belə "Qəbələ" kimi çətin rəqibə qarşı layiqli oynayıb qələbə qazandıq"