Qurban Qurbanov: "Belə meydanda oynamağı düzgün saymıram"
"Meydanın pis vəziyyətdə olmasına baxmayaraq, komanda əzmkar qələbə qazandı". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə görüşdən sonra deyib.
Oyunu şərh edən mütəxəssis azarkeşlərə təşəkkürünü bildirib: “Gəncə azarkeşləri də sağ olsun ki, məni və komandamı həmişə xoş qarşılayırlar”.
Q.Qurbanov onlara bir az səbrli olmağı tövsiyə edib: “Nəzərə almaq lazımdı ki, qış fasləsindən sonra "Kəpəz" üç oyunu səfərdə oynayıb. Düşünürəm ki, irəlidə Şahin Diniyevin rəhbərliyi ilə komanda uğur qazana biləcək. Hərə öz payına düşəni yerinə yetirməlidir".
Q.Qurbanov bildirib ki, nə süni ortüklü, nə də “Kəpəz”in bu cür meydanında oynamaq komandası üçün uyğun deyil: “Meydançanın durumuna görə Əfranın problemi oldu. Belə meydanda oynamağı düzgün saymıram”.