Qurban Qurbanov: "Bəzi futbolçularla yollarımızı ayıra bilərik"

"Danışıq apardığımız bəzi futbolçular var. Onlarla razılıq əldə olunsa, məmnun olardım". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Komandadakı bir neçə futbolçunun həm təcrübə toplamasına, həm də mövqelərdə yerdəyişmə etməyə ehtiyyacı olduğunu deyən Qurbanov, "Hər zaman qeyd etmişəm ki, “Qarabağ”da nə qədər futbolçuların sayı çox olsa, bizim üçün də seçim etmək bir o qədər asan olacaq. Təəssüf ki, bəzən biz istədiyimiz futbolçuları əldə edə bilmirik. Çünki bizdən aslı olmayan səbəblər var", - deyə bildirib.

Mütəxəssis hazırda komandada çıxış edən bir neçə futbolçu ilə yollarını ayıra biləcəklərini də qeyd edib: "Bu gün üçün komandadan gedən yoxdur. Amma ola bilər ki,  bir neçə futbolçu ilə qarşılıqlı razılaşma ilə yollarımızı ayıraq". 

Banner