Qurban Qurbanov: "Yaxın vaxtlarda bir neçə transfer gözlənilir"
" Yeni mövsümə hazırlıq prosesləri gedir. Turnirin ilk ilində biz də mübarizə aparacağıq. Hələ ki, çempionat barədə tam düşünmürük".
Sportline.az xəbər verir ki, bu fikirləri Lent.az-a müsahibəsində Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov səsləndirib: "Bütün fikirlərimiz Konfrans Liqasına yönəlib. Düzdür, komandanı tam formalaşdırmamışıq. Bəzi transferləri gözləyirik. Yaxın vaxtlarda bir neçə oyunçu almağı düşünürük. Hələ başlanğıc mərhələsindəyik. İstədiyimiz heyəti formalaşdırdıqdan sonra işimiz daha asan olacaq".