Qurban Qurbanov: "Hər iki oyundan razı qaldım"
"Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar".
SportLine.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində bu gün "Atırau" (0:1) və "Termalika"ya (3:2) qarşı keçirdikləri yoxlama matçından sonra deyib.
O, təlim-məşq toplanışından razı qaldığını bildirib:
"Hər bir futbolçu işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".