Qurban Qurbanov meydana çıxdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası qrup mərhələsinin ilk turunda “Sevilya” ilə oyunun keçiriləcəyi Respublika stadionunun meydanını yoxlayıb.

Sportline.az xəbər verir ki, ot örtüyünün duruma ilə şəxsən tanış olan mütəxəssis meydanın vəziyyətindən razı qalıb.

Xatırladaq ki, “Qarabağ” – “Sevilya” matçı bu gün saat 20.55-də başlanacaq.