Qurban Qurbanov: "Rahid kimi futbolçunu komandamda görmək istərdim"
“Xəzər Lənkəran”dan ayrılacağı gözlənilən Rahid Əmirquliyevin “Qarabağ”la “Qəbələ”nin diqqət mərkəzində olduğunu xəbər vermişdik. Hər iki komandanın ciddi maraqlandığı futbolçunun hansı təklifə üstünlük verəcəyi, çox güman ki, gələn həftə məlum olacaq. Onun karyerasını “Qarabağ”da davam etdirəcəyi daha inandırıcı görünür.
SportLine.az saytına açıqlamasında baş məşqçi Qurban Qurbanov, “Rahid kimi futbolçunu komandamda görmək istərdim. Yəqin ki, məsələyə yaxın günlərdə aydınlıq gətirəcəyik”, - deyib.