Qurban Qurbanov sualları cavablandıracaq

UEFA Avropa Konfrans Liqasının 3-cü mərhələsinin “Qarabağ” – AEL (Kipr) görüşündən əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Sportline.az xəbər verir ki, əvvəlcə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək. Qurbanovun konfransı avqustun 11-də, saat 18:00-da olacaq.

AEL-in baş məşqçisi Duşan Kerkesin mətbuat konfransı isə həmin gün saat 19:30-a təyin olunub.

Avqustun 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlanacaq. Komandaların Kiprdəki oyunu 1:1 hesabı ilə bitib.