Qurban Qurbanov üçün əlamətdar gün

Bu gün Azərbaycan futbolunun ən parlaq simalarından olan Qurban Qurbanovun doğum günüdür.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisinin 47 yaşı tamam olur. Qurban Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 

2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. 

"Qarabağ" klubu ilə ardıcıl 5 dəfə Azərbaycan çempionu olan mütəxəssis 4 dəfə ölkə kubokuna sahib çıxıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" 4 dəfə Avropa Liqasının qrup mərhələsinə çıxıb. O, futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrupuna komanda çıxaran baş məşqçisir.

Qurban Qurbanov 2017-2018-ci illərdə paralel olaraq milli komandanı çalışdırıb