"Qurban Qurbanovun mənimlə yeni müqavilə bağlamaq istəmədiyini hiss etdim"

“Xançjou Qrintaun”un özüm və ailəm üçün ən doğru qərarlardan biridir. Hələlik Çində hər şey yaxşıdır, bir şikayətim yoxdur. Hündürlüyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram".

SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan Çinin "Xançjou Qrintaun” klubuna keçən Dino Ndlovu kickoff.com saytına açıqlamasında deyib.

O, Çin klubunda da hədəfinin dəyişməyəcəyini bildirib: "Fərdi hədəflərim heç vaxt dəyişməyib. "Qarabağ"da etdiyimdən daha yaxşısını etməyə çalışacağam. Çoxlu qol vurmaqla komandamın Superliqaya vəsiqə qazanmasına kömək etmək niyyətindəyəm".

D.Ndlovu “Qarabağ”ı niyə tərk etməsindən də danışıb: "Qarabağ"dan ayrılmaq istəmirdim. Ancaq müqaviləmin müddəti başa çatırdı. Baş məşqçi ilə yeni müqavilə haqda danışdım. Onun mənimlə müqavilənin müddətini uzadılmasını istəmədiyini hiss etdm. Özümlə və ailəmlə bağlı realist olmalıydım. Gələcəyimi təminat altına almaq istəyirdim. Çünki bir daha gənc olmayacam, yaş artır. Bu fürsəti dəyərləndirib Çinə getməyə qərar verdim”.