Qurbanovun oğlu fərqləndi, "Qarabağ" qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bolqarıstanın SSKA klubu ilə qarşılaşıb.  Ağdam təmsilçisi Sofiya təmsilçisinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub.

7 iyul

Yoxlama oyunu

20:00. "Qarabağ" – SSKA (Bolqarıstan) - 1:0
Qol: Musa Qurbanlı, 69

Qeyd edək ki, "Qarabağ" 2 həftəlik hazırlıq prosesində iyulun 11-i "Arsenal" (Rusiya, Tula), iyulun 15-də isə "Auqsburq"la (Almaniya) da yoxlama oyununda üz-üzə gələcək.