Qvardiola ailəsi faciədən son anda qurtulub

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ailəsini itirmək təhlükəsi ilə üzləşib. Sportline.az İngiltərə mətbuatıına istinadən xəbər verir ki, Qvardiolanın həyat yoldaşı və qızları da Mançester şəhərində törədilən terror hadisəsinin qurbanı ola bilərmişlər.Onlar da  Ariana Qrandenin konserti zamanı "Mançester arena"da olunblar. Xoşbəxtlikdən Qvardiola ailəsi faciədən yaxa qurtaranlar siyahısındadır. Xatırladaq ki, çərşənbə axşamına keçən gecədə baş verən hadisədə 22 nəfər dünyasını dəyişib.