Qvardiola fransalı futbolçunu transfer etmək istəyir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Milan”ın fransalı müdafiəçisi Teo Hernandezi komandasında görmək istəyir.
Sportline.az “Es Diario”ya istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Teo üçün “Milan”a 35 milyon avroluq rəsmi təklif göndərməyi planlaşdırır.
27 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, T.Hernandez 2019-cu ildən “Milan”ın şərəfini qoruyur.