Qvardiola “Mançester Siti”dən ayrılır?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasında bu gün “Vest Hem Yunayted”lə keçiriləcək oyun öncəsi mətbuat qarşısına çıxan ispan mütəxəssis komandada qalmaq istədiyini vurğulayıb.

“Burada xoşbəxtəm və burada qalmaq istəyirəm. Nə deyə bilərəm ki? Mən ayrıldığım zaman ‘Mançester Siti’ bu möhtəşəm dövrü davam etdirmək üçün ən doğru adı seçəcək, - deyə Qvardiola bildirib.