Qvardiola: "Məni küçəyə atacaqlarını düşünmürəm”
"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola komandadakı mövqeyindən danışıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərinə görə, mənfi nəticələr fonunda qovulması haqda düşünmür:
“Əvvəlki mövsümlərdə qazandıqlarıma görə buradayam. Məni küçəyə atacaqlarını düşünmürəm”.
Premyer Liqanın turnir cədvəlində "Mançester Siti" Premyer Liqanın 24 turundan sonra 5-ci yerdədir.