Qvardiola yeni qapıçı transfer edilməsini istəyib
Pep Qvardiola bu yay “Mançester Siti”nin qapı xəttində ciddi dəyişiklik etməyə hazırdır və Edersonun klubdan ayrılmasına əgər uyğun təklif gələrsə, mane olmayacaq.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı qolkiperin hazırkı müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
Onun “Qalatasaray”la şifahi razılığı olsa da, klublar arasında rəsmi danışıqlar hələlik baş tutmayıb.
Türkiyə təmsilçisinin Ederson üçün verdiyi 3 milyon avroluq ilkin təklif “Siti”nin 15 milyon avroluq qiymətləndirməsindən xeyli aşağıdır.
Ötən mövsüm 43 oyunda 13 dəfə qapısını toxunulmaz saxlayan Ederson hazırda Stefan Orteqa ilə mövqe uğrunda rəqabət aparır.
Qvardiola isə qapı xəttini yeniləmək niyyətindədir və “Portu”nun gənc qapıçısı Dioqo Koşta onun əsas hədəflərindən biri sayılır.