Qvardiolanın rekordu təkrarlandı
Almaniya Bundesliqasının 28-ci turunda səfərdə Dortmund “Borussiya” üzərində qələbə (1:0) “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Münhen klubunda ilk 18 oyununda 15-ci qələbəsini qazanıb.
Bununla da o, komandanın sabiq baş məşqçisi Xosep Qvardiolanın rekordunu təkrarlayıb. İspaniyalı mütəxəssis də 15 qələbəni 18 oyunda əldə etmişdi.
Xatırladaq ki, Qvardiola “Bavariya”nı 2013-2016-cı illər aralığında çalışdırıb.