Rafa Silva evinə qayıdır

"Beşiktaş"ın futbolçusu Rafa Silva ölkəsinə geri dönəcək.

Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçunun transferi ilə bağlı "Benfika" klubu ilə razılığa gəlinib. Bu məlumatı "TRT Spor" kanalı yayıb.

"Qara qartallar" Rafanın satışından 7 milyon avro qazanacaq. 32 yaşlı forvard yaxın günlərdə Lissabona gedərək yeni komandası ilə müqavilə imzalayacaq.

Qeyd: Rafa Silva 2024-cü ilin yayında "Benfika"dan ayrılaraq azad agent statusu ilə "Beşiktaş"a keçmişdi. Portuqaliya millisinin sabiq üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində 16 rəsmi oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.