Rafael Ağayev: "Biz də karantin qaydalarını poza bilərik"

"Ağ kağız deyilik, biz də karantin qaydalarını poza bilərik".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"un "Instagram" səhifəsində canlı yayımda Azərbaycan millisinin karateçisi Rafael Ağayev deyib.

Titullu idmançı bildirib ki, polislər onu saxlayanda vəsiqəsini göstərir: "Amma tanıdıqları üçün vəsiqəyə baxmağa ehtiyac görmürlər. Bütün polislərə təşəkkür edirəm".