Rafael Nadal Uimbildon 2024-də iştirak etməyəcək

İspaniya millisinin kapitanı David Ferrer Rafael Nadalın Uimbildon 2024-də çıxış etməyəcəyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə ölkənin Mundo Deportivo nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 38 yaşlı tennisçi bu qərarı Paris Olimpiyadasına daha yaxşı hazırlaşmaq üçün alıb.

Qeyd edək ki, Nadal ötən ay Rolan Qarrosun ilk raundunda alman Aleksandr Zverevə uduzub. - 3:6, 6:7 (5:7), 3:6