Rafael Nadaldan səmimi etiraflar

Dünya tennisinin əfsanələrindən sayılan Rafael Nadalın geridönüşü hələ ki alınmır.

Sportline.az xəbər verir ki, ağır zədədən sonra yenidən korta qayıdan ispaniyalı pərəstişkarlarını sevindirməkdə çətinlik çəkir.

Onun Bostaddakı ATP seriyalı son turnirin finalında Nunu Borjesə məğlubiyyəti (0-2) də pərəstişkarlarını üzüb.

Nadal həmin uğursuzluğu "Punto de Break"ə açıqlamasında belə izah edib: "Böyük təcrübəm var və bilirdim ki, çətin olacaq. Ruhdan düşmək lazım deyil. Üzərimdə çalışıb, əvvəlki formamı bərpa etməıiyəm. Uzun müddətdir ki, belə ardıcıl oyunlar keçirmirdim. Görünür, əsas səbəb də bu oldu. Nununu təbrik edirəm. O, qələbəyə daha layiq idi".

Qeyd edək ki, bu, 27 yaşlı Borjesin karyerasında ilk titulu olub.