Rafinya "Barselona"dan ayrılır?
"Barselona"nın brazilyalı futbolçusu Rafinya yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı komandası sözügedən oyunçu üçün Kataloniya təmsilçisinə 90 milyon avro ödəməyə hazırdır.
Bu haqda "El Pais" nəşri məlumat yayıb.
Qeyd edək ki, 29 yaşlı vingerin "Barselona" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.