Rafinya bu mükafata layiq görüldü
“Barselona”nın cinah oyunçusu Rafinya “Globe Soccer Awards” mükafatlandırma mərasimində La Liqada ilin futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, braziliyalı vinger Kataloniya təmsilçisinin heyətində keçirdiyi parlaq mövsümə görə bu mükafata layiq görülüb.
Rafinya La Liqada 36 oyunda iştirak edərək 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.