Rafinyaya vəzifə verildi
“Bavariya” və “Şalke”nin sabiq müdafiəçisi Rafinya “San-Paulu” klubunda rəhbər vəzifəyə təyinat alıb.
Sportline.az xəbər verir ki, Braziliya təmsilçisi bu gün 2025-ci ilin iyulunda futbolçu karyerasını başa vurmuş 40 yaşlı Rafinyanın idman direktoru postuna gətirildiyini rəsmən açıqlayıb.
“Bu mənim üçün çox böyük bir çağırışdır. Futbol mənim həyatımın bir parçasıdır, bu mühitdə olmaqdan zövq alıram. ‘San-Paulu’dan təklif gələndə bunu yeni bir sınaq kimi qəbul etdim", - deyə Rafinya bildirib.