Ramil Quliyev Brilliant Liqada
Türkiyə seçməsinin azərbaycanlı atleti Ramil Quliyev Monakodakı Brilliant Liqada fəxri kürsüdən kənarda qalıb.
Sportline.az xəbər verir ki, 30 yaşlı idmançı 200 metr məsafəyə qaçışda 20,80 saniyə nəticə göstərib.
Dünya və Avropa çempionu 5-ci yerlə kifayətlənib. ABŞ təmsilçisi Noa Lays 19,76 saniyə ilə birinci olub.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.