Ramil Şeydayev 90 dəqiqə oynadı

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Podbrezova” komandası olub. 

Səfərdə oynanılan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

R.Şeydayev qarşılaşmaya start heyətində daxil olub və sonadək meydanda qalıb.

Qeyd edək ki, 20 oyundan sonra aktivində 48 xal olan “Jilina” turnir cədvəlinin lideridir.